XƏBƏRLƏR / Hadisə

Səudiyyə Ərəbistanında helikopter qəzasında 14 nəfər ölüb

TASS xəbər verir

Səudiyyə Ərəbistanında helikopter qəzasında 14 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səudiyyə Ərəbistanının şərqindəki Ras Tanura şəhərində dövlət neft şirkəti olan "Saudi Aramco"ya məxsus helikopter qəzasında ən azı 14 nəfər həlak olub. Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki mənbəyə istinadən Səudiyyə Ərəbistanının Press Agentliyi məlumat verib.

    "Bazar günü Ras Tanurada "Saudi Aramco" helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədəki 14 nəfərin hamısı həlak olub, onların hamısı Səudiyyə Ərəbistanı vətəndaşı olub", - mənbə bildirib. Mənbənin sözlərinə görə, hakimiyyət orqanları qəzanın səbəbini müəyyən etmək üçün araşdırmaya başlayıb.

    Fars körfəzi sahilində yerləşən Ras Tanurada "Saudi Aramco" neft emalı kompleksi və dünyanın ən böyük dəniz neft terminalı yerləşir.