Silivri sahillərində (Türkiyə) iki ticarət gəmisi arasında baş verən toqquşmadan sonra göyərtəsində 10 heyət üzvü olan "Tuğberk İmamoğlu" gəmisi ilə əlaqə kəsilib. Gəminin 800-900 metr dərinlikdə batdığı güman edilən ərazidə Sahil Mühafizəsi və Dəniz Təhlükəsizliyi qrupları hava və dənizdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlayıb.
İstanbul Valiliyinin açıqlamasında deyilir: "Saat 03:00 radələrində Silivridən 18 mil cənubda, Kocaelidən Əliağaya gedən "Alsu" adlı, Türkiyə bayrağı altında üzən ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Tuğberk İmamoğlu adlı Türkiyə bayrağı altında üzən ticarət gəmisi ilə toqquşub".
Bəyanatda Sahil Mühafizəsi, Mərmərə və Boğaz Komandanlığından çoxsaylı dəniz qüvvələri və sahil mühafizəsi helikopterlərinin hadisə yerinə göndərildiyi bildirilir. "Hadisə yerinə gələn bölmələrin ilkin qiymətləndirmələrinə görə, "Alsu" gəmisində heç bir görünən ziyan yoxdur. Lakin hazırda Tuğberk İmamoğlu adlı ticarət gəmisi və göyərtədəki 10 heyət üzvü ilə əlaqə qurulmayıb və bölgədəki elementlər tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir. Ərazidə dəniz dərinliyi 800-900 metrdir".
Batma 11 dəqiqə ərzində baş verib.
Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu mətbuata bildirib ki, gəmidə kapitanlar da daxil olmaqla 10 dənizçi var. Hamısı türkdür.
1 dəqiqə