XƏBƏRLƏR / Hadisə

Ağdamda məktəb yandı

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib

Ağdamda məktəb yandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdam rayonunda orta məktəbdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, rayonun Ayaq Qərvənd kəndində ümumi sahəsi 930 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 32 m² olan sinif otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.