Paşinyanın oğlu Aşot oğurlanıb
Qaçırmada iştirak edənlərin “Oğulların harayı” ictimai təşkilatının üzvləri olduğu bildirilir
Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinin yazdığına görə, bu gün saat 15:00 radələrində onlar baş nazir Nikol Paşinyanın oğlu Aşotu evinin yaxınlığından qaçırmağa cəhd ediblər.
Oğurluqda iştirak edənlərin “Oğulların harayı” ictimai təşkilatının üzvləri olduğu, Aşot Paşinyanı maşınlarına mindirməyə məcbur etdikləri, lakin nəticədə Aşotun bir anlıq dayanan maşından düşəndə başqa bir avtomobillə vurulduğu bildirilir. Aşot ayağından xəsarət alıb və “Oğulların harayı” ictimai təşkilatının üzvləri hadisə yerindən qaçıblar. Aşot Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.