XƏBƏRLƏR / Hadisə

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb

"TRT Haber" məlumat yayıb

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Konya vilayətində hərbi təlim təyyarəsi hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.

    Hadisə Türkiyə Silahlı Qüvvələrinin Konyadakı üçüncü əsas Jet bazasında baş verib. Təyyarə qəzaya uğramazdan əvvəl pilotun paraşütlə tullandığı bildirilir.

    Hadisənin baş verdiyi bölgəyə çox sayda xilasedici briqada cəlb olunub.