XƏBƏRLƏR / Hadisə

Quba yaxınlığında bağ və əkin sahələri olan ərazi yanır

FHN xəbər verir

Quba yaxınlığında bağ və əkin sahələri olan ərazi yanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

    FHN xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.