XƏBƏRLƏR / Hadisə

Pezeşkianın təyyarəsi təcili eniş edib

Bu barədə İsrail televiziyasının 12-ci kanalı xəbər yayıb

Pezeşkianın təyyarəsi təcili eniş edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran prezidenti Məsud Pezeşkianın Bişkekdən qayıdan təyyarəsi Tehrana getmək əvəzinə Rəşt hava limanına eniş edib.

    Məlumata görə, Pezeşkian və onu müşayiət edən şəxsləri daşıyan Airbus A321 təyyarəsi Qırğızıstandan qayıdarkən Rəştə enib.

    İsrailin “12-ci telekanal”ı da Pezeşkianın təyyarəsinin Rəştə təcili eniş etdiyini bildirib. İranın “Mehr” agentliyinin məlumatına görə isə, sentyabrın 1-də axşam saatlarında Tehranın şərq hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb.

    İran mediası HHM sistemlərinin işə düşməsi fonunda Pezeşkianın təyyarəsinin marşrutunun dəyişdirilərək Rəştə yönləndirildiyini yazıb.

    Təyyarənin Rəştə enişinin dəqiq səbəbi ilə bağlı İran hökuməti tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Eyni zamanda, uçuşun Rəştə enişdən sonra davam edib-etmədiyi barədə də məlumat yoxdur. (Nasr News)