XƏBƏRLƏR / Hadisə

Erməni özlərinin basdırdığı minaya düşdü

Məlumatı Azərbaycan tərəfi də təsdiqləyib

Erməni özlərinin basdırdığı minaya düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı qeydə alınıb. Xocavənddə qanunsuz məskunlaşan ermənilərdən biri özlərinin basdırdıqları minaya düşüb. Bu barədə "Sputnik Armenia" xəbər verib. 

    Xəstəxanaya yerləşdirilən şəxsə sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub.

    Məlumata görə, həmin gün üç erməni Qırmızı Bazar istiqamətində qulançar yığmağa gedib. Onlardan biri minaya düşüb. Məlumatı Azərbaycan tərəfi də təsdiqləyib.