Rusiyada barıt istehsalı zavodunda dəhşətli partlayış VİDEO
Partlayış nəticəsində, ilkin məlumata görə, 5 nəfər ölüb, 98 nəfər yaralanıb YENİLƏNIB

15:28
Rusiyanın Ryazan vilayətində zavodun barıt sexində baş verən partlayış nəticəsində zərər çəkənlərin sayı 98 nəfərə çatıb, "REN TV"-nin mənbəsi bildirib.
Partlayış nəticəsində 5 nəfər ölüb.
***
13:37
Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda üç nəfər ölüb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
VİDEO
Şilov rayonunda yerləşən “Elastik” zavodunda partlayışda 20 nəfərin yaralandığı bildirilib.
Zavodda partlayış barıt istehsal olunan sexdə təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib. Bütün emalatxana dağıdıldı. Zavoddan 100-dən çox insan təxliyə edilib.
Yerli sakinlərin sözlərinə görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb, güclü səs eşidilib və müəssisə üzərində tüstü müşahidə olunub.
Regionda pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı həyəcan siqnalı verilməyib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında bu zavodda baş verən partlayış 17 nəfərinin həyatına son qoymuşdu.