XƏBƏRLƏR / Hadisə

Bakı-Quba yolundakı qəzada 18 yaşlı qız həlak olub YENİLƏNİB

Qəzada 18 nəfər yaralanan var

Bakı-Quba yolundakı qəzada 18 yaşlı qız həlak olub YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:30

    Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.

    Hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır.

    ***

    12:53

    Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

    Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə bir nəfər sərnişin hadisə yerində ölüb.

    Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

    ***

    12:33

    Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

    Qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

    Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən digər marşrut avtobusu ilə toqquşub.

    ***

    12:15

    Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki sərnişin avtobusu toqquşub.

    APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

    Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.