XƏBƏRLƏR / Hadisə

Rusiyada binada partlayışda ölənlərdən ikisi uşaqdır

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Rusiyada binada partlayışda ölənlərdən ikisi uşaqdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

    Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyindən bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

    İndiyədək aralarında 7 uşaq olmaqla, 15 nəfər dağıntılar altından çıxarılıb.

    Qeyd edək ki, axtarış-xilaetmə işlərinə ümumilikdə 550 nəfər mütəxəssis cəlb olunub.