XƏBƏRLƏR / Hadisə

Rusiyada yaşayış binasında partlayış olub FOTO/VIDEO

Dağıntılar altında qalanların olduğu bildirilir

Rusiyada yaşayış binasında partlayış olub FOTO/VIDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. VIDEO

    TASS xəbər verir ki, hadisəyə qaz balonunun partlaması səbəb olub. Nəticədə xəsarət alanların olduğu bildirilir. Hazırda itkilər barədə məlumat yoxdur, lakin yerli ictimaiyyət dağıntılar altından insanların qışqırdığını bildirir.

    Əraziyə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

    Dağıntılar altında qalanların olduğu bildirilir. Onlar qışqıraraq kömək istəyirlər.

    Hazırda dağıntılar altında qalanların xilası üzrə işlər davam etdirilir.