XƏBƏRLƏR / Hadisə

Lənkəranda yol qəzasında xəsarət alanların kimliyi məlumdur

YENİLƏNİB

Lənkəranda yol qəzasında xəsarət alanların kimliyi məlumdur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:59

    Lənkəranda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

    Xəsarət alanlar sürücülər, Bakı şəhər Xəzər rayonunun Binə qəsəbə sakini, 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, Lənkəran rayonunun Haftoni kənd sakini, 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olanlar, Lənkəran rayon sakini, 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini, 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.

    Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

    ***

    14:13

    Lənkəranda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

    Hadisə Bakı-Ələt-Astara magistralının 152-ci kilometrliyində, Lənkəran rayonu ərazisində baş verib.

    Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.

    Hazırda hadisənin təfərrüatları, ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.