XƏBƏRLƏR / Hadisə

Naxçıvanda TIR yanıb

Hadisə Naxçıvan-Ordubad magistralında qeydə alınıb

Naxçıvanda TIR yanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvanda yük avtomobilində yanğın baş verib.

    Hadisə Naxçıvan-Ordubad magistralında qeydə alınıb. Bitumla dolu TIR naməlum səbəbdən alovlanmağa başlayıb və partlayıb.

    Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, polis əməkdaşları cəlb olunub.