XƏBƏRLƏR / Hadisə

Çexiyada partlayış: 6 nəfər ölüb, 8 yaralı var

Bu barədə CTK agentliyi məlumat yayıb

Çexiyada partlayış: 6 nəfər ölüb, 8 yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çexiyanın qərbində yerləşən Most şəhərində restoranda baş verən partlayış və yanğın nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

    Bu barədə CTK agentliyi məlumat yayıb.

    Məlumata görə, hadisə nəticəsində səkkiz nəfər yaralanıb.

    Yanğından Mühafizə İdarəsinin məlumatına görə, propan-butan silindri partlayıb, daha sonra binada yanğın başlayıb.

    Səlahiyyətlilər həmçinin yaxınlıqdakı binalardan 30-a yaxın insanı təxliyə ediblər.