XƏBƏRLƏR / Hadisə

Yəməndə qaz anbarında partlayış: 15 ölü, 67 yaralı FOTO

"Reuters" xəbər verir YENİLƏNİB

Yəməndə qaz anbarında partlayış: 15 ölü, 67 yaralı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:30

    Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb, azı 67 nəfər yaralanıb.

    Bu barədə Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

    Qeyd edək ki, "Əl-Cəzirə" telekanalı husilərin nəzarətində olan Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ən azı 8 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirmişdi.

    ***

    08:17

    Yəmənin Əl-Bayda əyalətində qazpaylayıcı stansiyalardan birinin anbarında partlayış baş verib.

    Bu barədə "Reuters" məlumat yayıb.

    İlkin məlumata görə, partlayışda 50-dən çox insan xəsarət alıb, səkkiz nəfəri xilas etmək mümkün olmayıb.

    Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Partlayışın səbəbi müəyyənləşdirilir.

    Sinxua agentliyi isə bildirib ki, Yəmənin mərkəzi Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 65-dən çox adam yaralanıb.

    Partlayış Zaher rayonundakı yanacaqdoldurma məntəqəsində baş verib və zəncirvari reaksiya nəticəsində iki bitişik yanacaqdoldurma məntəqəsi və yaxınlıqdakı ticarət anbarları yanıb.

    Partlayış baş verən zaman stansiyada müştərilər olub.