Fransada iki şəhər qatarı toqquşub
“Le Figaro” xəbər verir ki, toqquşma nəticəsində azı 30 nəfər xəsarət alıb
Strasburqda Gare Centrale dayanacağında iki şəhər qatarı toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.
Strasburqun mərkəzində, Gare Centrale dayanacağında iki şəhər qatarı toqquşub. Bu barədə BFMTV polisə istinadən xəbər verir. Dayanacaq vağzalın yanında yerləşir.
İlkin məlumata görə, qəzaya səbəb yolların dəyişdirilməsi zamanı yaranan xəta olub. “Le Figaro” xəbər verir ki, toqquşma nəticəsində azı 30 nəfər xəsarət alıb.
Təcili yardım xidmətləri hadisə yerindədir. Zərərçəkənlərə tibbi yardım göstərilir, səlahiyyətlilər hadisənin tam şəraitini müəyyən etmək üçün araşdırma aparır.