XƏBƏRLƏR / Hadisə

Banqladeşdə təyyarə məktəbə çırpılıb, azı 19 nəfər ölüb

Bu barədə "Reuters" məlumat verir

Banqladeşdə təyyarə məktəbə çırpılıb, azı 19 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəbə çırpılması nəticəsində 19 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.

    "Reuters" xəbər verir ki, təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.

    Hadisənin səbəbləri ilə bağlı məlumat verilməyib.

    Faktla bağlı araşdırma aparılır.