İndoneziya sahillərində sərnişin gəmisi yanır VİDEO
İndoneziya sahillərində göyərtəsində 280 sərnişinin olduğu "Barcelona VA" gəmisində yanğın başlayıb.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Talaud dairəsinin Manado limanından çıxan gəmidə Talise adası yaxınlığında yanğın başlayıb. Sərnişinlərin bir çoxu həyatlarını xilas etmək üçün dənizə atılıbıar.
Yerli hakimiyyət orqanları yanğın nəticəsində azı beş nəfərin həyatını itirdiyini bildirir.
Axtarış-xilasetmə xidmətinin nümayəndəsi Veri Ariyanto bildirib ki, indiyədək 150 turist təxliyə edilib. Digər sərnişinlərin taleyi isə hələ də məlum deyil.