XƏBƏRLƏR / Hadisə

Dominikanda ölənlərin sayı 184-ə çatıb

CNN xəbər verir

Dominikanda ölənlərin sayı 184-ə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb. Xəsarət alanların dəqiq sayını hələ rəsmilər açıqlamayıb.

    CNN xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

    Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo-Dominqodakı gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük matəm elan edib.

    Xilasetmə işləri davam edir. Uçqunun səbəbləri araşdırılır.