XƏBƏRLƏR / Hadisə

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb

Ölənlər var

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. Bu barədə Şri-Lanka mənbələri məlumat yayıb.

    Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilən “Fox Hill Super Cross” yarışında baş verib.

    Yarışlar yerli əhali arasında populyardır. Bu il yarışı izləməyə 100 mindən çox insan gəlib.

    Ölənlər arasında uşaqlar da var.

    Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.