XƏBƏRLƏR / Hadisə

Xaçmaz bazarında yanğın

FHN xəbər verir

Xaçmaz bazarında yanğın
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində 2 ədəd soyuducu yanıb.

    Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.