Türkiyədə daş kömür mədəni çöküb, 13 nəfər xəsarət alıb
Mədəndə ümumilikdə 29 nəfər olub

Türkiyənin Ankara əyalətinin Beypazarı rayonunda daş kömür mədəninin çökməsi nəticəsində biri ağır olmaqla 13 nəfər xəsarət alıb.
Məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, uçqun aprelin 10-da səhər saatlarında Hırkatepe məhəlləsindəki kömür mədənində, istehsal maşınlarının olduğu bölmədə baş verib.
Məlumata görə, mədəndə ümumilikdə 29 nəfər olub.
Yaralılardan 11-i Beypazarı Dövlət Xəstəxanasına yerləşdirilib, 2-si Ankara şəhərinə göndərilib.