XƏBƏRLƏR / Hadisə

Xankəndidəki partlayışda 125 nəfər ölüb

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi bildirib

Xankəndidəki partlayışda 125 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xəbər verdiyimiz kimi, dünən Xankəndi şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

    Partlayış zamanı ölən və yaralananların dəqiq sayı məlum deyil.

    Ermənilərə məxsus teleqram kanalları rəsmilərə istinadən xəbər verir ki, partlayış zamanı 20 nəfər ölüb, 300-ə yaxın yaralı var.

    Ermənistan səhiyyə naziri Anait Avanesyan bu gün bildirib ki, partlayış nəticəsində ölən 125 nəfərin qalıqları Ermənistana aparılıb.

    Azərbaycan hökuməti hadisə ilə əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

    Yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.