XƏBƏRLƏR / Hadisə

Tərtərdə mina partlaması nəticəsində 3 nəfər həlak olub

Tank əleyhinə minanın partlaması nəticəsində həlak olan şəxslərin cəsədləri ərazidən çıxarılıb

Tərtərdə mina partlaması nəticəsində 3 nəfər həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, 2023-cü il 28 aprel tarixində Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

    Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

    Minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.

    TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Vüsal Əliyev bildirib ki, meyitlər Tərtər morquna verilib.