Daşkənddə anbarlardan birində güclü partlayış baş verib
Bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Daşkənddə anbarlardan birində partlayış və yanğın baş verib.
TASS agentliyi bildirir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Daşkəndin Sergeli rayonundakı anbarlardan birində güclü partlayış nəticəsində yanğının baş verib. Hadisə yerinə 16 yanğınsöndürmə və xilasetmə briqadası cəlb olunub.
Son məlumata görə, partlayış hava limanlarından birində elektromobillər üçün komponentlərin saxlanıldığı gömrük anbarında baş verib.
İlkin məlumatlara görə, partlayışın episentrinə yaxın evdə yaşayan yeniyetmə ölüb - o, şüşə qırıqları nəticəsində həlak olub.