XƏBƏRLƏR / Hadisə

İraqda toyda baş verən yanğın nəticəsində azı 120 nəfər ölüb

Yanğın toy zamanı fişənglərdən istifadə nəticəsində meydana gəlib YENİLƏNİR

İraqda toyda baş verən yanğın nəticəsində azı 120 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 09:35

    İraqın Neynəva vilayətində yanğın nəticəsində ölən və xəsarət alanların sayı 450 nəfərə çatıb.

    Bu barədə İraq Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

    ***

    İraqın Nineva əyalətində toyda baş verən yanğın nəticəsində azı 120 nəfər ölüb, 200 insan yaralanıb.

    Bu barədə İraq mediası məlumat yayıb.

    İraq mülki müdafiə qurumunun məlumatına görə, yanğın toy zamanı fişənglərdən istifadə nəticəsində meydana gəlib.

    Məlumatda, həmçinin qeyd olunur ki, mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə riayət olunmayıb.