Qubada sərnişin avtobusu ana və övladını vurub, ölən var
Nəticədə 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızı ölüb
Hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.
Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Xəsarət alan 27 yaşlı qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqədən az