Qazaxda avtomobil divara çırpılıb, ölən var
Hərəkətdə olan avtomobil idarəetmədən çıxıb
Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolu kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev elə hadisə yerində həyatını itirib.1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Dərhal yaralıya yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqədən az