XƏBƏRLƏR / Hadisə

İtaliyada batan super-yaxtada kimlər olub?

BBC xəbər verir

İtaliyada batan super-yaxtada kimlər olub?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İtaliyanın Palermo şəhərinin sahil zolağında yelkənli super-yaxtanın batması nəticəsində itkin düşənlərin kimliyi məlum olub.

    BBC xəbər verir.

    İtkin düşən 6 nəfər arasında “Britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Mayk Linç və onun qızı Hanna ilə yanaşı, “Morgan Stanley International”ın prezidenti Conatan Blumer və həyat yoldaşının olduğu bildirilir. Həmçinin Mayk Linçin vəkili Kris Morvillo və həyat yoldaşı Nada da itkin düşənlər sırasındadır.

     Mayk Linç
    Conatan Blumer
     Kris Morvillo və həyat yoldaşı Nada

    Hazırda davam edən axtarış-xilasetmə əməliyyatlarına İtaliya Sahil Mühafizə Xidmətinin patrul gəmiləri, mülki müdafiə qüvvələri və helikopterlər cəlb olunub.

    Qeyd edək ki, ötən gün fırtına səbəbindən batan Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı yaxtanın göyərtəsində sərnişin və ekipaj üzvü daxil ümumilikdə 22 nəfər olub. Onlardan biri azyaşlı olmaqla 15 nəfər xilas edilib, bir ekipaj üzvünün cəsədi tapılıb. Xilas edilənlər arasında Mayk Linçin həyat yoldaşı Anjela Bakares də var.