Gəncədə Mərkəzi Univermağın binasının bir hissəsi uçub
Fövqəladə Hallar Nazirliyi xəbər verir
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi Univermağın binasının bir hissəsinin uçması ehtimalı barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Gəncə regional mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Univermağın binasında uçmaq təhlükəsi nəzərə alınaraq, orada olan vətəndaşların təxliyyəsi təşkil edilib.