XƏBƏRLƏR / Hadisə

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 4 ölü, 40 yaralı

"TRT Haber"in məlumatı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 4 ölü, 40 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Sivas vilayətində sərnişin avtobusunun dağ yamacına çırpılması nəticəsində 4 nəfər ölüb, 40 nəfər yaralanıb.

    Bu barədə "TRT Haber" məlumat verib. 

    Ağrı-İzmir istiqamətində hərəkət edən avtobus Sivas-Ərzincan avtomobil yolunda Kuzköy yaxınlığında dağ yamacına çırpılıb.

    Hadisə yerinə səhiyyə, polis və axtarış-xilasetmə qrupları cəlb olunub.