İsmayıllıda avtomobil qəzası: 2 nəfər ölüb
"Lynk & Co" və "Hyundai" markalı avtomobillər toqquşub YENİLƏNİB
16:13
Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstəxanaya daxil olarkən pasiyentlərdən 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilib.
Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü qadının saat 12:47-də ölüm faktı qeydə alınıb.
Digər şəxslərin müalicəsi davam etdirilir.
Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpə oğlanın həkiməqədər ölüm faktı qeydə alınıb.
***
15:41
İsmayıllıda qəzada ölən və yaralananların kimliyi məlum olub.
Ölənlərdən biri 2026 cı il təvəllüdlü körpədir.
Hadisə nəticəsində ölənlərdən digəri isə 60 yaşlı Elina Məmmədovadır.
Qəza nəticəsində 29 yaşlı Türkanə Sadıqova, 25 yaşlı İlahə İsmayılova, 25 yaşlı Məmməd Məmmədov, 25 yaşlı Faiq İsmayılov və 25 yaşlı Zahid Nuriyev xəsarət alıb.
***
13:43
İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Hadisə rayonun Təzəkənd-Diyallı yolunda qeydə alınıb.
"Lynk & Co" və "Hyundai" markalı avtomobillər toqquşub.
Qəzada xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
1 dəqiqə