XƏBƏRLƏR / Hadisə

İstanbulun Fatih rayonunda iki azmərtəbəli bina uçub

İlkin məlumatlara görə, çökməyə qaz partlayışı səbəb olub

İstanbulun Fatih rayonunda iki azmərtəbəli bina uçub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbulun Fatih rayonunda iki azmərtəbəli bina uçub, insanlar dağıntılar altında qalıb.

    TRT-nin məlumatına görə, hadisə yerində tibb işçiləri və xilasedicilər işləyir. Dağıntılar altından üç nəfər xilas edilib. Daha iki nəfərin axtarışı davam edir.

    İlkin məlumatlara görə, çökməyə qaz partlayışı səbəb olub.