Mərmərə dənizində yük gəmisi batıb, ekipaj üzvlərinin xilas edilməsinə başlanılıb.
Bu barədə “Anadolu Ajansı” məlumat yayıb.
Bildirilib ki, İmralı adasının cənub-qərbində Mərmərə dənizində 69 metr uzunluğunda "BATUHAN A" yük gəmisi batıb. Sahil Təhlükəsizlik Xidmətinin Baş İdarəsinə məxsus xilasetmə qayıqları hadisə yerinə yönəldilib.
Türkiyə vətəndaşı olduğu ehtimal edilən 6 nəfərlik heyətin xilas edilməsi üçün tədbirlər həyata keçirilir.