XƏBƏRLƏR / Hadisə

İstanbulda dəri emalı fabrikində böyük yanğın baş verib FOTO

Şəhər qara tüstüyə bürünüb

İstanbulda dəri emalı fabrikində böyük yanğın baş verib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbulda fabrikdə baş verən yanğın nəticəsində qara tüstüyə bürünüb.

    Tuzla rayonundakı Orhanlı dəri emalı sənaye zonasında yerləşən fabrikdə böyük yanğın baş verib.

    Yanğın zavodu tez bir zamanda bürüyüb və ərazinin üzərinə böyük bir qatı qara tüstü qalxıb. Yanğınsöndürənlər, polis və təcili yardım işçiləri hadisə yerindədir və yanğının söndürülməsi işləri davam edir. Yanğının səbəbi hələlik məlum deyil. Mümkün itkilər barədə məlumat axtarılır.