Finlandiyada deputat parlament binasında intihar edib
Bu barədə Finlandiya mətbuatı xəbər yayıb

Finlandiyada deputat parlament binasında intihar edib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
"Ölüm səhər saatlarında baş verib. Tibbi yardım xidmətləri, xilasetmə qrupları və polis orqanları təcili çağırışla hadisə yerinə cəlb edilib", - parlamentin təhlükəsizlik departamentinin rəhbəri Aaro Toivonen deyib.
O, hadisənin dəqiq yeri və ya bunun deputat və ya parlament əməkdaşı ilə bağlı olub-olmaması ilə bağlı heç bir şərh verə bilməyəcəyini deyib.