Qəza törədən "Prius"un sürücüsü və sərnişin xəstəxanada öldü
Hadisə Bakının Suraxanı rayonunda baş verib
Bakıda dekabrın 12-də idarəetməni itirərək qəza törədən sürücü xəstəxanada ölüb.
1980-ci il təvəllüdlü Süleyman Bağırovun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Suraxanı rayonu ərazisində hərakatdə olan zaman idaraetməni itirərək eyni hərəkət zolağı ilə hərəkatdə olan "Tata" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə Toyota Prius" markalı avtomobildəki sərnişin 2001-ci il təvəllüdlü Ramilə Əlizadə aldığı xəsarətlərdən 3 Saylı Kliniki Xəstəxanada ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaqı aparılır.