Mərmərədə batan Türkiyə gəmisinin yeri təsbit olunub
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb
Mərmərə dənizində Silivri şəhəri sahillərində iki gəminin toqquşması nəticəsində batan gəminin yeri təsbit olunub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Gəminin təxminən 850 metr dərinlikdə olduğu bildirilir.
Həmçinin qeyd olunub ki, gəmi heyətinin axtarışları davam etdirilir.
Xatırladaq ki, hadisə sentaybrın 2-si gecə saatlarında Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Belə ki, Kocaelidən Aliağaya istiqamətində Türkiyə bayrağı altında üzən "Alsu" ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən "Tuğberk İmamoğlu" ticarət gəmisi ilə toqquşub. Nəticədə sonuncu gəmi batıb.
Hadisə ilə əlaqədar cinayət işi başladılıb, saxlanılanlar var.
1 dəqiqədən az