Florensiyada bina çöküb, 3 nəfər ölüb
Mülki müdafiə qüvvələri hazırda axtarış-xilasetmə işlərini davam etdirir
İtaliyanın Florensiya şəhərində yeni inşa edilən supermarket binasının istinad divarının çökməsi nəticəsində üç işçi həlak olub.
Hadisə baş verən zaman tikinti sahəsində ümumilikdə 8 nəfərin olduğu, onlardan ikisinin yaralandığı, üç nəfərin uçqun altında qaldığı bildirilib. Mülki müdafiə qüvvələri hazırda axtarış-xilasetmə işlərini davam etdirir.
İtaliyanın Baş naziri Ciorcia Meloni hadisədən kədərləndiyini deyib, faciə nəticəsində həlak olanların ailələrinə hökumət adından başsağlığı verib. O, axtarış-xilasetmə əməliyyatlarında iştirak edənlərə təşəkkürünü bildirib.