XƏBƏRLƏR / Hadisə

“Silk Way Airlines” təyyarəsində uçuş vaxtı nasazlıq yaranıb

Uçuş Leypsiq-Qao (Mali) marşrutu üzrə həyata keçirilməli idi

“Silk Way Airlines” təyyarəsində uçuş vaxtı nasazlıq yaranıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinə məxsus İl-76 yük təyyarəsi Leypsiqdən (Almaniya) havaya qalxdıqdan qısa müddət sonra hidravlik sistemində nasazlıqla üzləşib.

    Yanacaq yandırmaq üçün İl-76 pilotları Erfurt şəhəri üzərində 11 dövrə vurublar ki, bu da təxminən üç saat çəkib. Bild xəbər verir ki, yanacaq yandırıldıqdan sonra təyyarə uçuş hava limanına enib.

    Uçuş Leypsiq-Qao (Mali) marşrutu üzrə həyata keçirilirdi.