XƏBƏRLƏR / Hadisə

Priqojinin də olduğu təyyarə 32 saniyə ərzində düşüb

TASS xəbər verir

Priqojinin də olduğu təyyarə 32 saniyə ərzində düşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tver vilayətində qəzaya uğrayan və sərnişinləri arasında Yevgeni Priqojinin də olduğu “Embraer” təyyarəsi düşməyə başlamazdan əvvəl qısa müddət ərzində bir neçə dəfə hündürlük yığıb və itirib. Bu barədə "Flightradar" xidmətinin hesabatında deyilir.

    Təyyarə avqustun 23-də  Moskva vaxtı ilə saat 18:19-a qədər təxminən 8,5 min km yüksəklikdə olub, sonra şaquli sürəti kəskin şəkildə aşağı düşüb, hündürlüyünü itirib. Bundan sonra o, təxminən 9,15 km maksimum hündürlüyə qədər qalxıb, sonra isə 8,4 km-ə düşüb. Sonra hündürlüyü təxminən 8,9 km-də düzəldib, bundan sonra kəskin şəkildə enməyə başlayıb.

    "Flightradar" ən son məlumatları təyyarə təxminən 6 km hündürlükdə olarkən alıb. Bütün bu dəyişikliklər 32 saniyə ərzində baş verdi.