XƏBƏRLƏR / Hadisə

Türkiyədə adamları yasa aparan mikroavtobus aşıb

Mikroavtobus yağış səbəbindən sürüşkən yolda idarəetməni itirib

Türkiyədə adamları yasa aparan mikroavtobus aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbuldan Amasiyaya dəfn mərasimi üçün camaatı daşıyan mikroavtobus yağışlı havada idarəetməni itirərək aşıb. Qəzada 14 nəfər yaralanıb.

    Məlumata görə, Sultangazi Bələdiyyəsinə məxsus mikroavtobus Amasiyanın Göynücek rayonundakı Hasanbeyli kəndinə adamları dəfn mərasimi üçün apararkən qəza baş verib.

    Mikroavtobus yağış səbəbindən sürüşkən yolda idarəetməni itirib və aşıb. Avtobusda olan 14 nəfər yaralanıb.

    Məlumatdan sonra hadisə yerinə tibb və polis qrupları göndərilib. Yaralılar müalicə üçün təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıb.

    Qəza ilə bağlı araşdırma başlanılıb.