Yevgeni Priqojinin təyyarəsi Rusiyada vuruldu
“Vaqner”in rəhbəri və Putinin aşpazı kimi tanınan şəxs düz 2 ay əvvəl Rusiyada hərbi qiyam qaldırmışdı
“Vaqner” Özəl Hərbi Kompaniyanın (ÖHK) rəhbəri və Putinin aşpazı kimi tanınan Yevgeni Priqojinə məxsus təyyarə Tver vilayətində hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, TG kanalları xəbər verir.
KİV-in məlumatına görə, Priqojin və "Vaqner" ÖHK-nin bütün komanda heyəti bu gün Afrikanı tərk edərək Rusiyaya uçub.
Embraer ERJ-135BJ "Legacy 650" RA-02748 nömrəli təyyarədə 7 sərnişin və 3 ekipaj üzvü olduğu qeyd edilir. Priqojinin özünün təyyarədə olduğu xəbər verilir. "Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında Yevgeni Priqojin də var idi", - Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi bildirir.
Vikipediyada operativ şəkildə Priqojinin ölüm tarixi göstərilib:
Tver vilayətində “Embraer” təyyarəsinin qəzaya uğradığı yerdə 8 nəfərin cəsədi tapılıb, "RİA Novosti"yə təcili yardım xidmətlərindən bildirilib.