XƏBƏRLƏR / Hadisə

İtaliyanın paytaxtıda güclü qaz partlayışı olub

Bir yaşayış binasını tamamilə dağıdıb və iki digərinə ciddi ziyan vurulub

İtaliyanın paytaxtıda güclü qaz partlayışı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Romanın cənub-qərbində, Ponte Galeria yaxınlığında (Via Tavagnasco) güclü qaz partlayışı bir yaşayış binasını tamamilə dağıdıb və iki digərinə ciddi ziyan vurub. Qəlpə və partlayış dalğası yaxınlıqdakı park edilmiş avtomobillərə də zərər vurub.

    Partlayış nəticəsində yaşlı cütlük - 86 yaşlı ər və 84 yaşlı arvad yaralanıb. Onlar dağıntılar altından çıxarılaraq ağır vəziyyətdə (kod "qırmızı") Sant'Eugenio Xəstəxanasına aparılıb. Yaxınlıqdakı binalardan təxminən 70 nəfər təxliyə edilib. Yanğınsöndürənlər və mülki müdafiə rəsmiləri bir neçə binanı yaşayış üçün yararsız elan ediblər.