Rusiyada dini yürüş zamanı körpü uçub
Bu barədə Rusiyanın "Telegram" kanalları yazır

Rusiyanın Volqoqrad vilayətində dini yürüş zamanı körpü uçub.
İyulun 12-də Dunilovo kəndi yaxınlığında dini yürüş zamanı 25-ə yaxın dindarın getdiyi 50 metrlik körpü uçub.
Körpü dağılan zaman zəng çalınırmış. Bir səkkizinci sinif şagirdi də daxil olmaqla, səkkiz nəfər sınıq, çıxıq, sıyrıq və qançır yarası alıb.
Artıq körpüdə bərpa işlərinə başlanılıb.