XƏBƏRLƏR / Hadisə

Qusarda Pakistan vətəndaşlarının da olduğu maşın aşıb

Səkkiz nəfər xəsarət alıb

Qusarda Pakistan vətəndaşlarının da olduğu maşın aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qusar rayonunun Çiləgir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

    Qusar - Şahdağ yolunda turistlərin olduğu avtomobil idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə qəza nəticəsində maşında olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üç nəfəri Azərbaycan, beş nəfəri isə Pakistan vətəndaşlarıdır.

    Hazırda yaralılara tibbi yardım göstərilir.

    Faktla bağlı araşdırma aparılır.