XƏBƏRLƏR / Hadisə

Rusiyada çimərliyi ildırım vurub, 3 ölü, 4 yaralı FOTO/VİDEO

Bu barədə Rusiya mediası xəbər yayıb

Rusiyada çimərliyi ildırım vurub, 3 ölü, 4 yaralı FOTO/VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Tula vilayətində ildırım vurması nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb, 4 nəfər yaralanıb. İlkin, təsdiqlənməmiş məlumata görə, Tula vilayətində çimərlikdə çayın yaxınlığında ildırım yaş qumu vurub, nəticədə 13 yaşlı uşaq, 50 yaşlı qadın və 55 yaşlı kişi ölüb. VİDEO

    Rusiya Federasiyası İstintaq Komitəsinin Tula vilayəti üzrə Aleksinski rayonlararası istintaq idarəsinin müstəntiqi Bunyrevo kəndində Aleksinski rayonundakı su anbarlarından birinin yaxınlığındakı çimərlikdə insanların ölümü ilə bağlı prosessual yoxlama təşkil edib.

    Hər şey "Şaxtyor" bazasında baş verib.

    Hazırda hadisə yerinə baxış keçirilir, hadisənin bütün halları müəyyən edilir.