Rəisinin helikopterində həyəcan siqnalı cihazı işləməyib
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyan edib
İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopteri heç bir fövqəladə vəziyyət siqnalı verməyib. Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, nəqliyyat vasitəsinin qəza siqnalının ötürülməsi sistemi ya olmayıb, ya da söndürülüb.
“Helikopterin qəzaya uğradığı ərazi dənizdə və havada axtarış-xilasetmə üçün cavabdeh olduğumuz əraziyə daxil olduğundan, biz də bütün təyyarələrin və gəmilərin siqnallarını izləyirik, ilk növbədə helikopter siqnal göndərib-göndərməməsinə nəzarət edirik Biz dərhal İran tərəfi ilə əlaqə saxladıq, lakin təəssüflər olsun ki, siqnalizasiya sistemi söndürülüb və ya heç yerli dibli olmayıb”.