XƏBƏRLƏR / Hadisə

İrəvandakı partlayışda 2 nəfərin meyiti tapıldı

Bu barədə "Sputnik Armenia" xəbər verib

İrəvandakı partlayışda 2 nəfərin meyiti tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İrəvandakı partlayışın dağıntıları altından iki vətəndaşın, bir kişi və bir qadının cəsədi tapılıb. Bunu Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan deyib.

    Jurnalistlərin ölənlərin ər-arvad olub-olmaması ilə bağlı sualına Sarkisyan qeyd edib ki, hələlik bu barədə məlumat yoxdur.

    Lakin yerli media yazır ki, İrəvanda baş verən partlayışda ölənlər ər-arvad ola bilər. Onlar partlayış baş verən ərazinin yaxınlığında kirayə ev tutubmuşlar.

    Xatırladaq ki, bu gün saat 12 radələrində Ermənistan paytaxtı İrəvanın Nor-Areş 34 ünvanında yerləşən ərazisində güclü partlayış olub.

    Partlayış dalğasından dörd evə ziyan dəyib, qonşu evlərin şüşələri qırılıb.

    Partlayışın baş verdiyi ev tamamilə dağılıb. İlkin məlumatlara görə, partlayışa səbəb məişət qazı ola bilər.

    Fotomüxbir Şamşyanın sözlərinə görə, hadisə yerinə toplaşan bir neçə vətəndaş partlayışın psixi pozğunluğu olan ev sakini tərəfindən törədildiyini bildirib.